DTX-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi qeyd olunub

DTX-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi qeyd olunub
SOSİAL
18:36 10.05.2017
1472
Dövlət Təhlükəsizliyi Xidmətində dünya şöhrətli siyasi xadim, təhlükəsizlik orqanlarının əzəli fəxri rəhbəri Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
 
DTX-nın mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.
 
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev tədbirdə çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrində, o cümlədən sosial-iqtisadi, elmi-texniki və mədəni potensialın inkişafı, xalqımızda dövlətçilik ideyalarının və azərbaycançılıq məfkurəsinin, mədəniyyətin yüksəlişi, gələcək dövlət müstəqilliyinin təməlinin qoyulması, sonradan onun qorunması və daha da gücləndirilməsi dövrü kimi daxil olub. 1993-cü ilin iyununda xalqın israrlı çağırışı və zamanın hökmü ilə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyev sarsılmaz qətiyyəti və iradəsi, müdrik və uzaqgörən siyasəti sayəsində qurtuluş missiyasını şərəflə yerinə yetirmiş və beləliklə, yenicə müstəqilliyini qazanmış ölkəni xaosdan, vətəndaş müharibəsindən, parçalanmadan, dövlətçiliyini itirmək təhlükəsindən xilas edib. General-leytenant Mədət Quliyev qeyd edib ki, müstəqil Azərbaycan Respublikası ulu öndərin bəxş etdiyi tərəqqi yolunda inamla irəliləyir, dövlətçiliyini qətiyyətlə qoruyur və möhkəmləndirir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda yeni-yeni nailiyyətlər əldə edir. Heydər Əliyev siyasi irsi, respublikanın sükanı etibarlı əllərdədir. Prezident İlham Əliyev ümummilli liderin siyasi xəttini layiqincə davam etdirir, milli inkişaf strategiyasını məharətlə həyata keçirir.
 
Dövlət başçısı İlham Əliyevin qətiyyətli idarəçiliyi, beynəlxalq nüfuzu, ölkə rəhbərinə hədsiz ümumxalq məhəbbəti bir daha göstərir ki, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan daha böyük uğurlara, yeni-yeni zəfərlərə doğru inamla addımlayır. Bütün bunlar ulu öndərin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən ardıcıl olaraq həyata keçirilən uzaqgörən inkişaf xəttinin möhtəşəm təntənəsidir. General-leytenant Mədət Quliyev bildirib ki, bizim və gələcək nəsillərin Heydər Əliyevin ruhu qarşısında müqəddəs borcu ulu öndərin həyatı bahasına qurub-yaratdığı və xalqımıza miras qoyduğu müstəqil Azərbaycanın çiçəklənməsi və güclənməsi naminə ölkə başçısı İlham Əliyevin ətrafında daha da sıx birləşərək, fədakarlıqla çalışmaq, dövlətimizin qüdrətlənməsinə sədaqətlə xidmət etməkdir.
 
Sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə DTX-nin struktur bölmələrinin əməkdaşları arasında keçirilmiş idman turnirinin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Tədbirin sonunda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda ORFF metodikasına əsaslanan “Body2Game” təlimi ikinci dəfə uğurla həyata keçirildi
12:00 21.04.2026
Azərbaycanda ORFF metodikasına əsaslanan “Body2Game” təlimi ikinci dəfə uğurla həyata keçirildi
Bank of Baku-dan qadın sahibkarlara dəstək – Praqmatik maliyyə təlimi
11:51 21.04.2026
Bank of Baku-dan qadın sahibkarlara dəstək – Praqmatik maliyyə təlimi
“DH Volley” Azərbaycan Yüksək Liqasının gümüş medalını qazanıb - VİDEO
11:48 21.04.2026
“DH Volley” Azərbaycan Yüksək Liqasının gümüş medalını qazanıb - VİDEO
İcra başçısının bank müdiri ilə görüşü tənqid olundu
11:43 21.04.2026
İcra başçısının bank müdiri ilə görüşü tənqid olundu
17 gün əvvəl müşavir təyin olunmuşdu, bu gün işdən çıxarıldı – Anar Bayramov islahatlara başladı
11:38 21.04.2026
17 gün əvvəl müşavir təyin olunmuşdu, bu gün işdən çıxarıldı – Anar Bayramov islahatlara başladı
Bu yolda sürət həddi bərpa edildi
11:37 21.04.2026
Bu yolda sürət həddi bərpa edildi
Məşhur reper ikinci dəfə baba oldu
11:32 21.04.2026
Məşhur reper ikinci dəfə baba oldu
Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? - VİDEO
11:09 21.04.2026
Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? - VİDEO
Milli Məclisin iclası başladı: 8 məsələyə baxılacaq
11:04 21.04.2026
Milli Məclisin iclası başladı: 8 məsələyə baxılacaq
Sevgilisinə bir milyon qızılgül göndərdi - FOTOLAR
10:52 21.04.2026
Sevgilisinə bir milyon qızılgül göndərdi - FOTOLAR
“Regionlarda peşə təhsilinin inkişafında dövlət-özəl əməkdaşlığı” mövzusunda tədbir keçirilDİ - FOTOLAR
10:37 21.04.2026
“Regionlarda peşə təhsilinin inkişafında dövlət-özəl əməkdaşlığı” mövzusunda tədbir keçirilDİ - FOTOLAR
İllər sonra ekrana dönən aktrisa çəkiliş meydançasında - FOTOLAR
10:30 21.04.2026
İllər sonra ekrana dönən aktrisa çəkiliş meydançasında - FOTOLAR
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
10:29 21.04.2026
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Azərbaycan neftinin qiyməti 110 dolları keçdi
10:18 21.04.2026
Azərbaycan neftinin qiyməti 110 dolları keçdi
Alimenti rədd etdi, qızına öz soyadını verdi
10:17 21.04.2026
Alimenti rədd etdi, qızına öz soyadını verdi
Azərbaycanda bəzi yerlərdə yağıntı intensivləşib, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA
10:10 21.04.2026
Azərbaycanda bəzi yerlərdə yağıntı intensivləşib, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA