DTX əməliyyat keçirdi: Suriyadakı terror qruplaşmasının üzvü ələ keçdi - FOTO

SOSİAL
10:05 18.09.2020
969
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əhmədov Amil Mehman oğlunun 2016-2019-cu illər ərzində ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşaiyət olunan, dini məzhəbləri yaymaq adı altında, dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə Suriya Ərəb Respublikasının Hələb şəhərinin Leroman qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silah və partlayıcı qurğulardan istifadə qaydalarına yiyələnərək  "Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində Hələb, Hama və İdlib şəhərlərində silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən edilib.

Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, Amil Əhmədov sonradan gizli yollarla üçüncü dövlətin ərazisinə keçib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il sentyabrın 7-də Amil Əhmədov şübhəli şəxs qismində saxlanılıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratmaq, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir. 
 

 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

08:49 28.10.2020

Düşmən Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində geri çəkilib

08:44 28.10.2020

Tərtər artilleriya atəşinə tutulub

00:15 28.10.2020

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” - VİDEO

00:10 28.10.2020

Mehriban Əliyeva Bərdədə həlak olanların doğmalarına başsağlığı verdi

23:35 27.10.2020

Tramp Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulmasından məyus olduğunu açıqladı

23:23 27.10.2020

Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

23:11 27.10.2020

Vuruşmağa adam tapmayan Paşinyan bütün dünya ermənilərinə çağırış etdi

22:58 27.10.2020

Bərdədə həlak olan 8 yaşlı Aysunun azyaşlı bacısı da yaralandı - FOTO

22:40 27.10.2020

Bu gün məhv edilən Arutyunyanın maşınından geriyə qalan - FOTO

22:26 27.10.2020

Türkiyə XİN-dən ermənilərin Bərdəyə hücumuna reaksiya

22:10 27.10.2020

"Ermənilər Allah qarşısında günah işlədiblər, ona görə də müharibə bitmir" - Ermənistanın sabiq baş naziri

21:59 27.10.2020

Leyla Abdullayeva “Haber Global”a erməni terrorçularının Bərdəyə raket hücumu haqqında danışıb - VİDEO

21:35 27.10.2020

Ermənilərin işğal olunan ərazilərdən çıxarkən qoyub getdiyi və yiyə durmadığı qocalar – FOTO

21:27 27.10.2020

Türkiyənin Ədalət və İnkişaf partiyasının sözçüsü: “Azərbaycan Vətən müharibəsi aparır”

21:22 27.10.2020

Ermənilərin bu gün Bərdədə öldürdüyü 7 yaşlı Aysunun - Fotosu

21:17 27.10.2020

Müdafiə Nazirliyi: Azərbaycan ordusu Xocavənd və Laçını atəşə tutmur