DTX-dən Gömrük Komitəsində əməliyyatla bağlı məlumatlara reaksiya - YENİLƏNİB

DTX-dən Gömrük Komitəsində əməliyyatla bağlı məlumatlara reaksiya - YENİLƏNİB
SOSİAL
17:55 30.08.2022
3420

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Dövlət Gömrük Komitəsində (DGK) əməliyyat keçirməsi ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Qurumun İctimai Əlaqələr Mərkəzindən Oxu.Az-a bildirilib ki, qurum tərəfindən heç bir antikorrupsiya əməliyyatı keçirilməyib:

 

"Yayılan məlumatlar həqiqəti əks etdirmir”. 

16.48

AZXEBER.COM xəbər verir ki, Gununsesi.info-nun əldə etdiyi məlumata görə, budəfəki əməliyyatı DTX ilə birlikdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi keçirib.

Bu saatlarda keçirilən əməliyyat Cənub Ərazi Baş Gömrük İdarəsindəki Azterminal Birliyinin SDK Gömrük Postunda keçirilib. Tutulanlar barədə hələlik məlumat yoxdur.
OXŞAR XƏBƏRLƏR