DTX: İrana səfər edən bir qisim vətəndaşlar narkotik alveri üçün fəaliyyətə sövq edilirlər

DTX: İrana səfər edən bir qisim vətəndaşlar narkotik alveri üçün fəaliyyətə sövq edilirlər
Siyasət
14:41 08.06.2024
353
İrana səfər edən bir qisim vətəndaşlar narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün cinayətkar fəaliyyətə sövq edilirlər.

AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin məqaləsində qeyd olunub.

Bildirilib ki, DTX-nin keçirdiyi əməliyyat-axtarış tədbirlərinin təhlili göstərir ki, narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan İran vətəndaşları dövlət sərhədi boyu yerləşən yaşayış məntəqələrində yaşayan və əsasən sosial təminatı aşağı olan Azərbaycan vətəndaşlarını narkotik ticarəti ilə bağlı cinayətkar fəaliyyətə cəlb edilirlər:

"Başqa bir qisim vətəndaşlarımız isə hər hansı digər vəziyyət və şərtlər daxilində (tibbi yoxlanışlar üçün İİR-ə səfər edərkən, habelə Azərbaycan ərazisində məhkumluq həyatı yaşayan İİR vətəndaşlarının AR vətəndaşları ilə yaratdıqları kontaktlar vasitəsilə və ya sosial şəbəkələr üzərindən təxmini tanışlıqlar quraraq) ələ alındıqdan sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün cinayətkar fəaliyyətə sövq edilirlər".

Məlumatda qeyd olunub ki, narkotik vasitələri Azərbaycana göndərmək niyyətində olan cinayətkar qrup və ya şəxslər "tələyə düşmüş” Azərbaycan vətəndaşlarını aldadaraq onlara gördükləri iş müqabilində müəyyən miqdarda pul vəsaiti ödəməklə özlərinin daha çox qazanc əldə etməsini təmin edirlər.

"Həmçinin həmin şəxsləri özlərindən asılı vəziyyətdə saxlamaq üçün "qurbanlarına” mütəmadi olaraq az miqdarda müxtəlif növ narkotik vasitələr "hədiyyə” edərək onları narkotik vasitələrin aludəçisinə çevirir, eyni zamanda "gördükləri işin” müqabilində həmin şəxslərə ödənəcək pul vəsaitini onlara hissə-hissə çatdırırlar. Qeyd olunan "ödəmə prinsipi” kuryer rolunda çıxış edən insanların narkotik vasitələrin mütəmadi olaraq daşınmasına sövq edilməsi üçün münbit şərait yaradır. Həmçinin bu şəxslərə müxtəlif vədlər verilərək qısa müddət ərzində maddi çətinliklərdən xilas olacaqları fikri aşılanır", - məlumatda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
10:58 23.08.2025
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
Həkimlərin rəqs etdiyi görüntülərdə əməliyyat olunan pasiyent DANIŞDI
10:49 23.08.2025
Həkimlərin rəqs etdiyi görüntülərdə əməliyyat olunan pasiyent DANIŞDI
3 deputatın övladı TƏLƏBƏ OLDU
10:35 23.08.2025
3 deputatın övladı TƏLƏBƏ OLDU
Füzulidə yanğın törədən şəxs saxlanılıb
10:24 23.08.2025
Füzulidə yanğın törədən şəxs saxlanılıb
“Qemgin_20” hesabı ilə canlı yayımda pul yığan qadın saxlanıldı - VİDEO
10:15 23.08.2025
“Qemgin_20” hesabı ilə canlı yayımda pul yığan qadın saxlanıldı - VİDEO
Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu
10:06 23.08.2025
Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu
Vaşinqtonda Milli Qvardiyaya silahdan istifadə etmək səlahiyyəti verilib
04:12 23.08.2025
Vaşinqtonda Milli Qvardiyaya silahdan istifadə etmək səlahiyyəti verilib
Niderlandın XİN rəhbəri hökumət daxilində fikir ayrılıqlarına görə istefa verib
03:46 23.08.2025
Niderlandın XİN rəhbəri hökumət daxilində fikir ayrılıqlarına görə istefa verib
Yermak və Rubio Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə ediblər
02:28 23.08.2025
Yermak və Rubio Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə ediblər
208 nəfər imtahan vermədən tələbə oldu
00:26 23.08.2025
208 nəfər imtahan vermədən tələbə oldu
Həmin pasiyent danışdı: "Məni bütün ölkəyə biabır etdilər" - VİDEO
23:54 22.08.2025
Həmin pasiyent danışdı: "Məni bütün ölkəyə biabır etdilər" - VİDEO
İran gələn həftə Britaniya, Almaniya və Fransa ilə nüvə danışıqları aparacaq
23:49 22.08.2025
İran gələn həftə Britaniya, Almaniya və Fransa ilə nüvə danışıqları aparacaq
DİM: IV qrupda 600-dən yuxarı bal toplamış 10 abituriyent universitetə daxil ola bilməyib
23:28 22.08.2025
DİM: IV qrupda 600-dən yuxarı bal toplamış 10 abituriyent universitetə daxil ola bilməyib
Almaniyada silahlı insident olub, ölən və yaralanan var
23:20 22.08.2025
Almaniyada silahlı insident olub, ölən və yaralanan var
Ali təhsil müəssisələrinə qeydiyyatın vaxtı açıqlandı
23:08 22.08.2025
Ali təhsil müəssisələrinə qeydiyyatın vaxtı açıqlandı