DTX Naxçıvanda əməliyyat keçirir - saxlanılanlar var

DTX Naxçıvanda əməliyyat keçirir - saxlanılanlar var
SOSİAL
15:47 23.11.2022
1201
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, əməliyyat Naxçıvandakı sərhəd gömrük keçid məntəqələrində aparılıb.

Saxlanılan şəxslərin olduğu qeyd olunur. Bildirilir ki, hazırda Naxçıvan MR-in sərhəd gömrük məntəqələrində də istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır.
OXŞAR XƏBƏRLƏR