BAKU AZƏRBAYCAN
8°C
euro 1.8427
dollar 1.7000
rubl 0.0220
lirə 0.2563

DTX Neftçalada nəyi araşdırır? – Saxlanılanların siyahısı, maraqlı detallar

DTX Neftçalada nəyi araşdırır? – Saxlanılanların siyahısı, maraqlı detallar
SOSİAL
12:05 21.02.2020
2607
Saxlanılanların siyahısı, maraqlı detallar" />
Dünən Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin DTX tərəfindən saxlanılması və rayonda aparılan dindirilmə prosesi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

AZXEBER.COM BakuPost-a istinadla xəbər verir ki, İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov və sürücüsü Bakıya gətirilib, rayonun ayrı-ayrı sahələrinə rəhbərlik edən şəxslər isə İcra Hakimiyyətinin binasında dindirilir.

Saxlanılan şəxslər arasında Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov və icra başçısının müavinləri və şöbə müdirləri də var.

Məlumata görə, dindirilmə əsasən rüşvət faktlarıyla bağlıdır. Bu istiqamətdə dünəndən bəri xeyli adamın izahatı alınıb.
Onlar arasında bələdiyyə sədrləri də var. Dindirmə zamanı bələdiyyə sədrləri bu posta seçilmək üçün icra başçısına rüşvət verdiklərini boyunlarına alıblar.

Məsələ ilə bağlı əlavə məlumatlar veriləcək.

Qeyd edək ki, İsmayıl Vəliyev dünən günorta saatlarında saxlanılıb. O, səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol verməkdə ittiham olunur.

Dünən onun tutduğu vəzifədən azad edilməsilə bağlı Prezident sərəncam imzalayıb.

OXŞAR XƏBƏRLƏR