“Prezident həbs edilən icra başçılarına dəfələrlə xəbərdarlıq etmişdi” - Partiya sədri

“Prezident həbs edilən icra başçılarına dəfələrlə xəbərdarlıq etmişdi” - Partiya sədri
SİYASƏT
17:20 02.05.2020
2149
"Hər bir Azərbaycan vətəndaşı öz dövlətini yanında gördü, öz Prezidentinin real diqqətini, qayğısını hiss etdi”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

Partiya sədri Azərbaycanın koronovirusla mübarizəsini dünya ölkələri üçün bir nümunə adlandırıb:

"Dünyanı cənginə almış koronavirus pandemiyası təəssüf ki, bizim ölkəmizdən də yan keçmədi. Hazırda bizim ölkəmizdə də bu infeksiyaya yoluxanlar və həyatını itirənlər var. Amma ümumən götürəndə Azərbaycanın pandemiya ilə bağlı mövcud durumu dünyanın əksər ölkələrindəki vəziyyətlə müqayisədə qat-qat ürəkaçandır.

Bu isə ilk növbədə cənab Prezidentin pandemiyanın ilk günlərindən vəziyyəti şəxsən nəzarətə götürməsinin sayəsində mümkün oldu. Prezident İlham Əliyev təhlükəni hiss etdiyi andan koronavirus infeksiyasının yayılmasına qarşı bütün zəruri tədbirləri mərhələli şəkildə, addım-addım həyata keçirmək kursunu seçdi.

Məhz bu tədbirlərin nəticəsi olaraq hər bir Azərbaycan vətəndaşı öz dövlətini yanında gördü, öz Prezidentinin real diqqətini, qayğısını hiss etdi. Biz dövlətimizin pandemiya ilə mübarizə çərçivəsində sosial-iqtisadi zəmində atdığı bütün addımları və görülən tədbirləri həyati əhəmiyyətli tədbirlər kimi qiymətləndiririk. Bir həqiqəti də açıq şəkildə etiraf etmək lazımdır ki, İlham Əliyev koronavirus infeksiyasına qarşı mübarizə prosesində kifayət qədər qətiyyətli və müdrik davrandı. Odur ki, mən bir partiya sədri kimi cənab Prezidentin pandemiya dövründə verdiyi qərarları, gördüyü işləri və göstərdiyi performansı çox yüksək qiymətləndirirəm”.

Pariya sədri son aylar DTX-nın müxtəlif rayonlarda keçirdiyi anti-korrupsiya əməliyyatları ilə bağlı sualımıza da cavab verib. O, sonuncu dəfə Biləsuvarda icra başçısının göstərişi ilə aztəminatlı ailələrə ayrılan sovqatların mənimsənilməsi faktı və həyata keçirilən bir çox cinayət tərkibli əməllərə qarşı başladılan konpleks tədbirlərin davamlı olacağına əminliyini dilə gətirib:

"Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstəsinin Biləsuvar rayonunda əməliyyat keçirərək rayon icra başçısı Mahir Quliyevi və rayonun bir neçə digər vəzifəli şəxslərini həbs etməsi zərurətdən doğur. Çünki bundan öncə yerlərdə öz səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif qanunsuzluqlara yol verən, vəzifə səlahiyyətlərini aşan bəzi başçılara ən üst səviyyədə - ölkə Prezidenti səviyyəsində dəfələrlə xəbərdarlıq edilib. Lakin görünən budur ki, nə bu xəbərdarlıqlar, nə də bundan öncəki həbslər bəzi icra başçılarına dərs olmayıb. Hətta karantin dövründə də öz nəfsinə hakim ola bilməyib imkansız vətəndaşların müavinətlərinə, təqaüd pullarına göz dikən, yerlərdə dərəbəylik edən, insanlıq və mərhəmət hisslərini itirən rayon rəhbərlərinin mövcud olması həqiqətən də təəssüf hissi doğurur.

Mətbuatda gedən xəbərlərdən də məlum olur ki, DTX-nin sözügedən əməliyyatı karantin rejimi ilə əlaqədar əhaliyə yönəlmiş dövlət dəstəyinin, sosial yardımların mənimsənilməsi ilə bağlı keçirilib. Çünki mərkəzi dövlət qurumlarına və mediaya Biləsuvar rayon sakinlərindən çoxsaylı, əsaslı şikayətlər daxil olub.

Biz bu əməliyyatın keçirilməsini və Prezident İlham Əliyevin məmurların yerlərdə şəffaf fəaliyyətinin təmin edilməsi ilə bağlı ortaya qoyduğu iradəsini dəstəkləyirik. Hesab edirik ki, bu cür əməliyyatlar digər başçılar və məmurlar üçün də profilaktik əhəmiyyətə malikdir. Yəni ki, bundan sonra bir daha hər kəs öz hərəkətlərinə çəki-düzən verməli, öz işini qanunlar çərçivəsində və Prezidentin verdiyi tövsiyyələrə uyğun olaraq qurmalıdır. Bunun başqa alternativi yoxdur. Köhnə idarəçilik zehniyyətindən əl çəkmək istəməyən hər bir icra başçısı üçün, hər bir məmur üçün DTX-nin əməliyyatı sonuncu xəbərdarlıq sayıla bilər.

Prezident məmurlara bundan sonra nə etməli və necə işləməli olduqlarının çox sadə formulunu, düsturunu verib. Bu düstür əsasında hərəkət etmək və fəaliyyət göstərmək lazımdır. Prezidentin etimadını və xalqın rəğbətini qazanmaq hər bir məmur üçün şərəf işi olmalıdır”.

DADP sədri Kamran Əliyevin baş prokuror kimi təyinatına da toxunub:

"Yeni təyin olunmuş Baş prokuror Kamran Əliyev kifayət qədər təcrübəli kadrdır. Mən Kamran müəllimin Milli Məclisdə etdiyi çıxışını və eləcə də onun Prezident İlham Əliyevlə videokonfrans formatında görüş zamanı səsləndirdiyi fikirlərini izlədim. Kamran Əliyevin hazırki məqamda prokurorluq orqanları qarşısında duran ümdə vəzifələrə yanaşma tərzi onu göstərir ki, o, Prezident İlham Əliyevin siyasi iradəsi ilə başladılan və hazırda davam etdirilən islahatlar prosesinin Azərbaycan prokurorluğu qarşısında olduqca mühüm vəzifələr qoyduğunu tamamilə düzgün dərk edir və məsələlərə kifayət qədər peşəkar yanaşma ortaya qoyur.

Deməli, dövlət quruculuğunun bu yeni mərhələsində prokurorluq orqanları öz işinin öhdəsindən uğurla gələ biləcək. Bu da olduqca vacib amildir. Çünki prokurorluq ölkənin digər hüquq-mühafizə qurumları arasında bir növ əlaqələndirici və tənzimləyici rolunu oynayan həlledici təsir gücünə malik instansiyalardan biridir. Odur ki, bir çox məsələlər sonda mütləq gəlib prokurorluğun fəaliyyətində birləşir, təmərküzləşir. İstənilən hüquqi prosesin gedişatı prokurorluğun mövqeyi ilə müəyyən olunur. Bu mənada məhkəmə-hüquq sistemində islahatların bundan sonra da dərinləşdirilməsi bu və ya digər şəkildə məhz prokurorluğun necə fəaliyyət göstərməsindən asılı olacaq.

Bax, belə bir həlledici məqamda prokurorluq sisteminə Kamran Əliyev kimi geniş planda düşünməyi bacaran, islahatlar prosesinin prioritetlərini düzgün müəyyən edə bilən peşəkar bir şəxsin rəhbərlik etməsi çox önəmlidir. Mən Kamran müəllimi bu yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik edir və cənab Prezidentin də bu seçimini tam dəstəkləyirəm. Çünki Prezident kifayət qədər uğurlu kadr seçimi edib”.

 

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb