DTX tərəfindən saxlanılan erməniəsilli terrorçu barədə yayılan iddialara aydınlıq gətirildi

DTX tərəfindən saxlanılan erməniəsilli terrorçu barədə yayılan iddialara aydınlıq gətirildi
SİYASƏT
20:44 02.09.2025
429
Ermənistan mətbuatında Azərbaycanda həbsdə olan, Qarabağda döyüşmüş livanlı muzdlu terrorçu Viken Abraham Eulcekciyanın aclıq etdiyi ilə bağlı məlumatlar yayılıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu məlumat həqiqətə uyğun deyil və məhkumun hazırda cəzasını çəkdiyi bildirilir.

Qeyd edək ki, təqsirləndirilən şəxs 2020-ci ildə Vətən müharibəsindən sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

DTX-də başlanılmış cinayət işi üzrə Viken Eulcekciyan Cinayət Məcəlləsinin 114.3-cü (muzdluluq), 214.2.1-ci və 214.2.3-cü (terrorçuluq), 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, o, cəzasının ilk 5 ilini həbsxanada, qalan 15 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisində çəkməlidir.
OXŞAR XƏBƏRLƏR