DTX və Baş Prokurorluqdan birgə əməliyyat: Qanunsuz valyuta mübadiləsi aparanlar ələ keçdi

DTX və Baş Prokurorluqdan birgə əməliyyat: Qanunsuz valyuta mübadiləsi aparanlar ələ keçdi
SOSİAL
19:00 14.03.2020
4063
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən davamlı iqtisadi inkişaf siyasəti nəticəsində, son günlər dünya ölkələrində yayılmaqda olan koronavirus təhlükəsi ilə əlaqədar qlobal maliyyə və enerji bazarlarında baş verən dəyişikliklərə baxmayaraq ölkə həyatının bütün sahələrində makroiqtisadi və maliyyə sabitliyi etibarlı şəkildə qorunub saxlanılmaqdadır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, bununla belə, dünyada cərəyan edən məlum hadisələr fonunda ölkə əhalisi arasında yaranmış əsassız narahatlıqdan sui-istifadə edən kölgə iqtisadiyyatı subyektlərinə, o cümlədən qara mühasibatlıqdan istifadə edərək dövlət nəzarətindən və qeydiyyatından gizli şəkildə qanunsuz fəaliyyət göstərən möhtəkirlərə qarşı effektiv mübarizə tədbirləri aparılmaqdadır.

Belə ki, daxil olmuş əməliyyat məlumatları əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 13 mart 2020-ci il tarixdə həyata keçirilmiş birgə operativ əməliyyat-axtarış tədbirləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən "Amrahbank” ASC-nin paytaxtın Nəsimi rayonu ərazisində yerləşən "Azadlıq” filialının inzibati binasında icarəyə götürdükləri otaqda qanunsuz olaraq valyuta mübadilə əməliyyatlarının aparıldığı müəyyən edilib.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq filial rəhbərinin razılığı ilə qeyd edilən ünvana keçirilmiş baxış zamanı bankın kassasından kənar şəkildə qanunsuz mübadilə fəaliyyətində istifadə olunan ümumilikdə 697 min ABŞ dolları, 345 min manat, 85 min avro, 280 funt sterlinq, 10 milyon Rus rublu, 19 min Türk lirəsi, yeddi min BƏƏ dirhəmi, üç min Səudiyyə Ərəbistanı realı və digər xarici ölkə valyutası, eləcə də qara mühasibatlıqda istifadə olunmaqla dövriyyə ilə əlaqədar əlyazma qeydlərinin aparıldığı kitabça aşkar edilərək maddi sübut kimi götürülüb.

İlkin araşdırmalarla həmin bankın işçiləri olmayan Mahir İbrahimov, Vüqar Qədirov və Ənvər İdayətzadənin qabaqcadan əlbir olub qrup şəklində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq (lisenziya) almadan qanunsuz olaraq valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olmalarına və bununla da vətəndaşlara, təşkilatlara və dövlətə külli miqdarda ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı ilə əlaqədar Mahir İbrahimov, Vüqar Qədirov və Ənvər İdayətzadə Cinayət Məcəlləsinin 192.2.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan külli miqdarda gəlir əldə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olma) maddəsi ilə şübhəli şəxs qismində tutulublar.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin, istintaqın gedişində "Amrahbank” ASC-nin "Azadlıq” filialının əməkdaşlarının qeyd edilən qanunsuz hərəkətlərin törədilməsində iştirak edib-etməmələrinin Azərbaycan Respublikasının Mərkəzi Bankının mütəxəssisləri tərəfindən araşdırılması təmin ediləcək.

Belə qanunazidd hallarla üzləşən ölkə vətəndaşlarından Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələri xahiş olunur.

Eyni zamanda, bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan neqativ halların müəyyən edilərək aradan qaldırılması, bu sahədə baş verən qanun pozuntularının qarşısının alınması məqsədilə birgə zəruri qabaqlayıcı tədbirlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı