DTX: Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxs həbs edilib

DTX: Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxs həbs edilib
SOSİAL
20:23 29.07.2022
318
Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxs həbs edilib.

AZXEBER.COM Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidmətinə istinadən xəbər verir ki, müharibə iştirakçılarının, şəhid ailələrinin, eləcə də Vətən müharibəsi zamanı zərər çəkmiş vətəndaşlarımızın həyat şəraitinin və maddi rifah halının yüksəldilməsi ölkədə həyata keçirilən sosialyönümlü siyasətin prioritet istiqamətlərindəndir. Dövlət orqanlarının bu sahədə fəaliyyətinə kölgə salan, şəhid ailələrinin və müharibə iştirakçılarının hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə ziyan vuran qanunsuz əməllərin vaxtında aşkar edilərək qarşısının alınması istiqamətində zəruri tədbirlər davam etdirilməkdədir.

Vəzifəli şəxs adından Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq əməllərinin törədilməsi və onların maddi vəsaitlərinin ələ keçirilməsi ilə bağlı çoxsaylı faktlara dair daxil olmuş məlumatlar əsasında 25 iyul 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Azərbaycan Respublikası vətəndaşı, 1987-ci il təvəllüdlü Əliyev Elvin Firudin oğlu internet informasiya resurslarında Vətən müharibəsində iştirak etmiş şəxslər barədə məlumatlar toplayıb, sonuncuların yaşadıqları ərazilər üzrə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli şəxsləri ilə telefon əlaqəsi quraraq özünü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdiri kimi təqdim edib, birdəfəlik maddi yardım verilməsi adı altında onların vasitəsilə Vətən müharibəsi iştirakçıları olan Bəkərov Rüstəm İlham oğlu, Sofiyev Vasif Yusif oğlu, Əliyev Vüsal Fərhad oğlu, Quluzadə İsrail Hikmət oğlu, Əzimzadə Emin Alxas oğlu, Məmmədov Məhəmməd Ramiz oğlu və qeyriləri ilə mobil telefon əlaqəsi yaradıb, onlara dövlət tərəfindən birdəfəlik maddi yardım ayrılmasının nəzərdə tutulduğunu bildirməklə, həmin yardımın verilməsi üçün bank hesablarının açılması və digər cari xərclər adı altında hər birindən ayrı-ayrılıqda müxtəlif məbləğlərdə pul vəsaitlərinin özünə məxsus bank hesabına köçürülməsini təmin edib dələduzluq yolu ilə ələ keçirib.

Bu əməllərinə görə Elvin Əliyev 27 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan olunaraq, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda Elvin Əliyevin törətdiyi cinayət əməllərindən zərərçəkmiş şəxslərin tam dairəsinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı