DTX: "Xarici ölkəyə aid saxta sənədlər hazırlayan transmilli cinayətkar dəstə üzvləri saxlanılıb"

DTX: "Xarici ölkəyə aid saxta sənədlər hazırlayan transmilli cinayətkar dəstə üzvləri saxlanılıb"
SİYASƏT
09:36 15.01.2024
419
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirir.

DTX-nin Mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, son illər region dövlətləri arasında baş verən proseslərdən sui-istifadə edərək Azərbaycan Respublikasının və digər ölkələrin vətəndaşlarını Ukrayna vətəndaşları adı altında müxtəlif dövlətlərdə yaşaya, sığınacaq ala, vizasız sərbəst hərəkət edə bilmələri üçün qanunsuz yolla Ukrayna dövlətinə aid rəsmi sənədlərlə təmin edən transmilli mütəşəkkil cinayətkar dəstənin əməlləri ifşa olunmuşdur.

Aparılan araşdırmalar zamanı, Ukraynanın Lvov şəhərində yaşamış Nuriyev İbadət Qəhrəman oğlu, Türkiyə Respublikasının İstanbul şəhərində yaşamış Bağırov Fərid Vaqif oğlu və digərlərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin yanvar ayından etibarən ayrı-ayrı şəxslər üçün Ukraynaya məxsus pasport, şəxsiyyət və sürücülük vəsiqələrini, o cümlədən digər sənədləri qeyri-qanuni yolla hazırlayıb, hər birini 30.000 ABŞ dollarınadək müxtəlif məbləğlərdə pul vəsaiti müqabilində satmaları müəyyən edilmişdir.

DTX tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində həmin şəxslərin saxlanılaraq Azərbaycan Respublikasında istintaqa cəlb edilmələri təmin olunmuş, hüquq verən və vəzifədən azad edən vəsiqə və digər rəsmi sənədləri istifadə etmək məqsədilə qanunsuz hazırlama, bu cür saxta sənədləri satma və digər cinayət əməllərinə görə onlara ittiham elan edilmişdir.

Araşdırmalarla həmçinin müxtəlif dövlətlərdə saxta sənədlərlə hərəkət edən şəxslər müəyyənləşdirilmişdir.

Hazırda qeyd olunan və digər əlaqəli cinayətlərlə bağlı intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
21:52 29.07.2025
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
21:44 29.07.2025
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
21:33 29.07.2025
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
21:26 29.07.2025
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
21:21 29.07.2025
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
21:05 29.07.2025
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
20:53 29.07.2025
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
20:40 29.07.2025
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
20:35 29.07.2025
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
Tokayev Ərdoğanla müzakirə apardı
20:22 29.07.2025
Tokayev Ərdoğanla müzakirə apardı
Şərurda 16.5 ton ot bağlaması yanıb
20:18 29.07.2025
Şərurda 16.5 ton ot bağlaması yanıb
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
20:08 29.07.2025
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
19:57 29.07.2025
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
19:36 29.07.2025
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
19:09 29.07.2025
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
18:57 29.07.2025
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”