Dubay hava limanları fəaliyyətini bərpa edir

Dubay hava limanları fəaliyyətini bərpa edir
DÜNYA
20:37 02.03.2026
202
Dubay hava limanları bu gün məhdud sayda reyslərlə fəaliyyətini bərpa edəcək.

Bu barədə şəhər hökumətinin mətbuat xidməti "X” sosial media platformasında məlumat yayıb.
"Dubai Airports” təsdiq edir ki, məhdud əməliyyatlar bu axşam, martın 2-də bərpa olunacaq. 
Dubay Beynəlxalq Hava Limanından və Əl-Maktum Hava Limanından az sayda reyslərin yerinə yetirilməsinə icazə verilir”, - məlumatda deyilir.

Eyni zamanda, səlahiyyətlilər sərnişinlərə öz aviaşirkətlərindən təsdiqlənmiş uçuş vaxtı ilə birbaşa bildiriş almadıqca hava limanlarına getməməyi tövsiyə edib.

/Qafqazinfo
OXŞAR XƏBƏRLƏR