Dubaya uçan təyyarə Bakıda təcili eniş etdi

Dubaya uçan təyyarə Bakıda təcili eniş etdi
SOSİAL
08:56 05.12.2025
75
5 dekabr tarixində "FlyDubai" aviaşirkətinə məxsus Boeing 737 tipli hava gəmisinin komandiri Moskva–Dubay marşrutu üzrə yerinə yetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində yaranmış qəfil pisləşmə səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş üçün müraciət edib.

Bu barədə AZXEBER.COM-a hava limanının mətbuat xidmətindən bildirilib.

Təyyarə yerli vaxtla saat 05:30-da Bakı hava limanına uğurla eniş edib.

Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib və hazırda onun vəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq tələblərə uyğun şəkildə operativ koordinasiyanı təmin edərək uçuş təhlükəsizliyini və sərnişinlərin rifahını ən yüksək səviyyədə qorumaqda davam edir.
OXŞAR XƏBƏRLƏR