Dubayda saxlanılan azərbaycanlı: “Biz qeyri-etik heç nə etməmişik”

Dubayda saxlanılan azərbaycanlı: “Biz qeyri-etik heç nə etməmişik”
SOSİAL
15:41 29.01.2024
246
"Dekabrın 11-də biz Əbu-Dabi hava limanına, oradan da şəxsi nəqliyyat vasitəsi ilə "Dubay Mall”a gəlmişik. Dörd nəfər istirahət məqsədilə gəldiyimiz səfərdə anlaşılmazlıq səbəbindən saxlanılmışıq, ölkəni tərk etməyimizə icazə verilmir”.

AZXEBER.COM xəbər verir ki, bunu Oxu.az-a saxlanılan Emin Bəhman oğlu Cəlilov deyib. O bildirib ki, dörd azərbaycanlı yoldaşdan ikisi ölkəyə geri qayıdıb, iki nəfər isə "Dubay Mall”da afrikalı uşaqla icazəsiz şəkil çəkdirdiyi üçün saxlanılıb:

"Ticarət mərkəzində bir-birimizdən 10-15 metr aralı gəzirdik. Birdən orada afrikalı bir uşaq gördüm. Əlimi uşağın çiyninə qoyub şəkil çəkdirdim. Xatirə üçün dörd-beş saniyəlik bir video da çəkdim. Daha sonra təşəkkür məqsədilə uşağın başından öpdüm. İngilis dilində "çox sağ ol, təşəkkür edirəm” dedim.

Bizdən aralıda gəzən digər yoldaşımızı səslədik. O gəldi, altı-yeddi metr məsafədən mənim, uşağın və o biri yoldaşın şəklini çəkdi. Orada başqa heç nə olmayıb. Nə uşağa lağ etmişik, nə qeyri-etik davranışımız olub. Sadəcə, yanlış anlaşılma olduğundan anasının şikayətçi olduğunu deyərək bizi burada saxlayıblar. O uşaqla anası da turist idilər, Afrikadandırlar. Üç gün bizi nəzarətdə saxladılar. Daha sonra izahat alıb, telefonları alıb, buraxdılar. Dedilər ki, ölkədən çıxışınıza qadağa qoyulub, işiniz məhkəməyə göndəriləcək. 20-25 gün bizim işimizi yubatdılar.

Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinə, Azərbaycan Xarici İşlər Nazirliyinə məlumat vermişik. Artıq 50 gündür, biz burada çıxılmaz vəziyyətdə qalmışıq. Bilmirik, vəziyyət hansı yerdədir, amma biz heç bir qeyri-etik hərəkət etməmişik. Gah deyirlər, iki ildən on ilə qədər cinayət işi açıla bilər, gah deyirlər, şikayət geri götürülüb. Aidiyyəti qurumlardan xahiş edirik ki, bizim məsələni ciddi nəzarətə götürsünlər. Ailələrimiz bizdən narahatdırlar, iş yerlərimizdə problem yaranır. Rica edirik ki, bu məsələnin aydınlaşdırılması və bizim Azərbaycana qayıtmağımız üçün zəruri addımlar atılsın”.

Xarici İşlər Nazirliyindən bildirilib ki, bu məsələ ilə bağlı Azərbaycanın Dubaydakı baş konsulluğu tərəfindən müvafiq addımlar atılıb:

"Zəruri araşdırma aparılır, hələlik yekunlaşmayıb”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununun biletləri satışa çıxarılıb
19:12 18.07.2026
UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununun biletləri satışa çıxarılıb
“Qohum Evliliyinin Genetik Riskləri və Cəmiyyətə Mənfi Təsiri” layihəsi uğurla icra olunub
18:54 18.07.2026
“Qohum Evliliyinin Genetik Riskləri və Cəmiyyətə Mənfi Təsiri” layihəsi uğurla icra olunub
İran "geri çəkildi": ABŞ ilə imzalanan razılaşma pozuldu
18:39 18.07.2026
İran "geri çəkildi": ABŞ ilə imzalanan razılaşma pozuldu
Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA
18:28 18.07.2026
Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA
Gəncə çayında köməksiz qalan şəxs xilas edildi
18:13 18.07.2026
Gəncə çayında köməksiz qalan şəxs xilas edildi
Bakıda azyaşlı bacı-qardaş evdən qaçdı: Valideynləri tərəfindən işgəncə görürmüşlər
17:51 18.07.2026
Bakıda azyaşlı bacı-qardaş evdən qaçdı: Valideynləri tərəfindən işgəncə görürmüşlər
Odessada həlak olan gəmi kapitanının nəşi Bakıya yola salındı
17:45 18.07.2026
Odessada həlak olan gəmi kapitanının nəşi Bakıya yola salındı
Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub
17:33 18.07.2026
Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub
İlin ən uğurlu ayı başlayır - Bu 3 bürc varlanacaq
17:16 18.07.2026
İlin ən uğurlu ayı başlayır - Bu 3 bürc varlanacaq
Kazım Qəribabadi: İran İslamabad memorandumu üzrə öhdəliklərinin icrasını dayandırıb
17:01 18.07.2026
Kazım Qəribabadi: İran İslamabad memorandumu üzrə öhdəliklərinin icrasını dayandırıb
FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib
16:54 18.07.2026
FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib
KİV: Müctəba Xamenei müharibə dövründə ictimaiyyət qarşısına çıxmayacaq
16:47 18.07.2026
KİV: Müctəba Xamenei müharibə dövründə ictimaiyyət qarşısına çıxmayacaq
İran ABŞ-la münaqişəyə son qoyulması üzrə memorandumun icrasını dayandırıb
16:33 18.07.2026
İran ABŞ-la münaqişəyə son qoyulması üzrə memorandumun icrasını dayandırıb
Tramp onun taktikasını tənqid etdi
16:23 18.07.2026
Tramp onun taktikasını tənqid etdi
FT: Zelenski Ukrayna ordusunun baş komandanı Sırskinin vəzifədən azad edilməsini nəzərdən keçirir
16:15 18.07.2026
FT: Zelenski Ukrayna ordusunun baş komandanı Sırskinin vəzifədən azad edilməsini nəzərdən keçirir
Sabah çimərliklərdə hava necə olacaq?
16:09 18.07.2026
Sabah çimərliklərdə hava necə olacaq?