Dubaydakı dəbdəbəli toyun sahibi Razi Nurullayevin qardaşı imiş

Dubaydakı dəbdəbəli toyun sahibi Razi Nurullayevin qardaşı imiş
SOSİAL
19:54 06.01.2026
919

Azərbaycanlı iş adamı Dubay şəhərində oğluna təmtəraqlı toy mərasimi keçirib.

Mərasimdən çəkilmiş kadrlar sosial şəbəkələrdə yayılıb. 

Görüntülərdən aydın olur ki, toy yüksək səviyyədə və olduqca dəbdəbəli şəkildə təşkil olunub.

Məclisdə Azərbaycanın Xalq artisti Aygün Kazımova, müğənni Nəsimi Məmmədov və digər tanınmış simalar səhnə alıblar. Toya aparıcılığı isə məşhur televiziya aparıcısı Nanə Ağamalıyev edib.

"Yeni Sabah” saytı isə öyrənib ki, Dubayın məşhur "Ritz-Carlton” hotelində keçirilən toy deputat Razi Nurullayevin qardaşı, tikinti maqnatı kimi tanınan Hasil Nurullayev tərəfindən təşkil edilib.

Məclisin sonunda məkanın səviyyəsinə uyğun olaraq möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.

Mövzu ilə bağlı deputat Razi Nurullayevlə əlaqə saxladıq. AZXEBER.COM-un sualını dinləyən millət vəkili mövzuya münasibət bildirməyəcəyini qeyd edib. O, yalnız öz fəaliyyəti və şəxsi mövqeyi ilə bağlı suallara cavab verə biləcəyini bildirib.

OXŞAR XƏBƏRLƏR