Dubaydan Qəbələyə birbaşa aviareysin qiyməti məlum oldu

Dubaydan Qəbələyə birbaşa aviareysin qiyməti məlum oldu
SOSİAL
14:54 16.02.2017
984

 

"Flydubai” aviaşirkətinin birbaşa Dubay-Qəbələ mövsümi reyslərinə biletlərin qiyməti açıqlandı.

"Ora-geri” aviabiletlərin qiyməti 250 dollar (Azərbaycan Mərkəzi Bankının fevralın 16-na olan rəsmi məzənnə ilə 432,4 manat) olacaq. 

Aviabiletlərin qiymətinə qidalanma, 20 kq qədər baqaj daxildir. Daha öncə yayılan məlumata görə, "Flydubai” şirkəti Dubay-Qəbələ marşrutu üzrə mövsümi aviareysləri iyunun 22-dən həyata keçirəcək. Uçuşlar sentyabrın 17-dən yerinə yetiriləcək. 

Reysləri həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək. 

/// 1news.az
OXŞAR XƏBƏRLƏR