İrlandiyanın paytaxtı Dublində polis iğtişaşlarda iştirak edən 34 nəfəri saxlayıb, onlardan 32-si məhkəmə qarşısına çıxarılacaq.
Bu barədə "The Irish Times” nəşri məlumat yayıb.
Bildirib ki, iğtişaşçılar 13 mağazanı qarət edib, 3 avtobus, 1 tramvay və 11 polis maşınına ziyan vurub.
Nəşr qeyd edir ki, Dublindəki iğtişaşlar bir gün əvvəl şəhərin meydanlarından birində bıçaqlı şəxsin bir neçə nəfərə hücum etməsindən sonra başlayıb. Hadisə nəticəsində üç uşaq və iki böyük yaralanıb.
Qeyd edilib ki, polis 50 yaşlı kişini saxlayıb, lakin təfərrüatlar və şübhəlinin kimliyini açıqlamayıb.
Daha sonra internetdə onun miqrant olduğu barədə məlumat yayılıb.
///Report