Duman səbəbilə bir sıra yollarda sürət həddi endirilib

Duman səbəbilə bir sıra yollarda sürət həddi endirilib
SOSİAL
22:53 07.01.2026
129
Duman səbəbilə bir sıra yollarda sürət həddi endirilib, bütün portallarda "dumanlı hava” işarəsi qoyulub.

AZXEBER.COM xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda bütün tablolarda "dumanlı hava” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
OXŞAR XƏBƏRLƏR