Dünən səhər 08:15 radələrində Bakı Metropolitenində qatarlardan birində texniki nasazlıq yaranıb. Qatar "Nizami" stansiyasından "28 may" stansiyasına doğru hərəkət edərkən 10 dəqiqəyə yaxın tuneldə qalıb.
Bakı Metropoliteninin əməkdaşlarının məlumatına görə, qatarın tuneldə qalmasına səbəb yüksək gərginlik nəticəsində yaranan texniki nasazlıq olub. Hadisə nəticəsində "Dərnəgül"-"Həzi Aslanov" stansiyaları istiqamətində qatarların hərəkətində yubanmalar müşahidə olunub. Hər bir stansiyanın platformalarında qatarlar təxminən 15 dəqiqəyə yaxın gözləyib. Bununla da, stansiyalarda sərnişin sıxlığı müşahidə olunub.
Hadisə səhər saatlarında baş verdiyindən sərnişin sıxlığı müşahidə olunub.İnsanlar arasında panika yaranıb. Yaranan sıxlığa görə, bəzi insanların halının dəyişdiyi də müşahidə olunub. /// KANAL 13