"Dünən gecə baş verən hücumlar Yəmənə və Husilərə bir xəbərdarlıq idi" - Hərbi ekspert

"Dünən gecə baş verən hücumlar Yəmənə və Husilərə bir xəbərdarlıq idi" - Hərbi ekspert
SİYASƏT
15:23 12.01.2024
447
Məlum olduğu kimi, ötən gecə ABŞ və Böyük Britaniya orduları döyüş gəmisindən atılan "Tomahawk" raketləri və döyüş təyyarələrindən istifadə edərək kütləvi cavab zərbəsi çərçivəsində Yəməndə İranın dəstəklədiyi husilərin istifadə etdiyi ondan çox obyekti bombalayıblar. 

Bu hadisədən dərhal sonra Rusiya BMT-dən təcili iclas keçirməyi tələb edib.

Hazırda dünyada haqqında ictimai müzakirələr gedən ABŞ-nin Husilərə qarşı İsraildə müharibə başlayandan bəri kommersiya gəmilərinə dron və raket hücumlarının davamlı kampaniyası səbəbilə ilk hərbi cavabıdır.
 
Bəs bu hücumların müqabilində nə baş verəcək? Yaxın Şərqdə daha bir münaqişə ocağı gözlənilirmi?
 
Sözügedən proseslə bağlı AZXEBER.COM-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev söyləyib ki, Yəməndəki bu cür hadisələr yeni münaqişə ocağının yaranma ehtimalını yaradır:
 
"Yaxın Şərqdə artıq bir neçə münaqişə ocağı mövcuddur. Başqa bir münaqişə ocağının isə ABŞ, Böyük Britaniya və digər Avropa ölkələrinin koalisiya yaradaraq Yəməndə Husilərə aid obyektləri bu gecə bombalamasından sonra yaranma ehtimalı var. Raket zərbələrinə tuş gələn "Ənsərullah" qruplaşmasının mövqeləri kifayət qədər böyük itkilərə məruz qalıb. Hazırda ABŞ zərbələrinə fasilə verib. Görünən odur ki, dünən gecə baş verən hücumlar Yəmənə və Husilərə bir xəbərdarlıq atəşi idi. Yəni Qırmızı dənizdə Husilər daşınmalara mane olacaqları təqdirdə bu zərbələrin növbəti mərhələsi müşahidə olunacaq. Əgər bu qruplaşma fəaliyyətində korreksiyalara yol verib daşınmalara mane olmazlarsa, ola bilər ki, ABŞ da hücumları davam etdirməsin".
 
Hərbi ekspert Rusiyanın BMT-ni təcili iclas keçirməyə çağırması ilə bağlı da fikirlərini deyib. Ekspert hesab edir ki, Rusiyanın bu addımı formal xarakter daşıyır:
 
"Rusiyanın BMT-ni təcili iclas keçirməyə dəvət etməsi və sair proseslər hazırkı vəziyyətə ciddi bir təsir etməyəcək. Çünki Rusiyanın BMT-nin Təhlükəsizlik Şurasında dedikləri fikirlər ABŞ-nin boğazından keçmir, ABŞ-nin də dediyi Rusiyanın boğazından keçmir. Odur ki, bu iclas formal xarakter daşıyır. Orda hansısa bir konkret nəticə çıxacağı gözlənilmir.
 
İranın da proseslərə qarışması mümkündür. Bu ölkənin ABŞ və Böyük Britaniyaya qarşı fəaliyyətə keçməsi Üçüncü Dünya Müharibəsinin başlanması üçün münbit şərait yarada bilər".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
21:52 29.07.2025
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
21:44 29.07.2025
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
21:33 29.07.2025
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
21:26 29.07.2025
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
21:21 29.07.2025
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
21:05 29.07.2025
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
20:53 29.07.2025
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
20:40 29.07.2025
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
20:35 29.07.2025
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
Tokayev Ərdoğanla müzakirə apardı
20:22 29.07.2025
Tokayev Ərdoğanla müzakirə apardı
Şərurda 16.5 ton ot bağlaması yanıb
20:18 29.07.2025
Şərurda 16.5 ton ot bağlaması yanıb
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
20:08 29.07.2025
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
19:57 29.07.2025
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
19:36 29.07.2025
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
19:09 29.07.2025
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
18:57 29.07.2025
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”