Dünən iti ilə minaya düşən ANAMA əməkdaşının - VİDEOSU

Dünən iti ilə minaya düşən ANAMA əməkdaşının - VİDEOSU
SOSİAL
11:46 31.08.2022
673
Xəbər verdiyimiz kimi, dünən işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina partlaması hadisəsi olub.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.
 
Hadisə nəticəsində minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan Dina ləqəbli Belçika malinuası – minaaxtaran it tələf olub.

Dünən Qubadlıda minaaxtaran it ilə birlikdə minaya düşən Nəcməddin Hüseynovun görüntülərini təqdim edirik:
 


OXŞAR XƏBƏRLƏR