Dünən vəfat edən opera müğənnisinin dəfn yeri AÇIQLANDI

MƏDƏNİYYƏT
09:23 24.02.2023
1033
Ötən gün vəfat edən tanınmış vokalçı, Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Əli Əsgərovun dəfn olunacağı yer açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Qurumdan qeyd edilib ki, Xalq artisti bu gün saat 13:00-da "Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Ə.Əsgərov fevralın 23-də, ömrünün 62-ci ilində vəfat edib.

Əli Rəhim oğlu Əsgərov 25 noyabr 1961-ci ildə Bakıda anadan olub. Ü.Hacıbəyli adina Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal şöbəsini və aspiranturasını bitirib. 1989-cu ildən Akademik Opera və Balet Teatrının solisti idi. Teatrın səhnəsində bir çox opera tamaşalarında, eləcə də Fransa, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan və s. ölkələrdə opera festivallarında, vokal müsabiqələrində çıxış edib, laureat adını qazanıb. 1997-ci ildə Bakıda Bülbül adına Vokalçılarin I Beynəlxalq Müsabiqəsinin "Qran Pri” mükafatçısı olub.

1998-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artisti”, 2012-ci ildə "Xalq artisti” fəxri adlarına, dəfələrlə Prezident mükafatına layiq görülüb.

OXŞAR XƏBƏRLƏR