Türkiyənin Diyarbəkir şəhərinin Çinar qəsəbəsində 45 yaşlı 4 uşaq anası Hediye Çakı (45) Göksü su anbarından ölü tapılıb.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, Hediye Çakı dünən səhər saatlarında evinin təxminən 7 kilometrliyində yerləşən su anbarına gedib. Ancaq Hediye Çakı evinə qayıtmayıb.
Çakıdan xəbər ala bilməyən ailəsi vəziyyəti polisə bildirib. Su anbarının ətrafında piknik etməyə gələnlər bir nəfərin anbarının içində hərəkətsiz halda durduğunu görüblər.
Xəbər verildikdən sonra xilasedicilər tərəfindən sudan çıxarılan qadının öldüyü məlum olub. Səlahiyyətlilər cəsədin yoxa çıxan Hediye Çakıya aid olduğunu müəyyən ediblər.
Hadisə ilə bağlı istintaq başladılıb.