Bakıda güclü külək ölümə səbəb oldu

Bakıda güclü külək ölümə səbəb oldu
SOSİAL
10:43 05.02.2026
511
Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yıxılma səbəbilə 5 çağırış qeydə alınıb.

Bu barədə AZXEBER.COM-a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanlarına təcili tibbi yardım briqadaları cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 47 yaşlı şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə, 73 yaşlı (qadın) Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 43 yaşlı (qadın) və 53 yaşlı (kişi) şəxslər isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Hava şəraiti ilə əlaqədar 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR