ABŞ-də 100-dən çox maşın toqquşdu

ABŞ-də 100-dən çox maşın toqquşdu
DÜNYA
12:54 20.01.2026
281
ABŞ-nin Miçiqan ştatında güclü qar yağışı səbəbindən 100-dən çox avtomobilin iştirakı ilə zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, "Associated Press" agentliyinin məlumatına görə, qəzaya azı 30 yük maşını da daxil olmaqla çoxsaylı nəqliyyat vasitəsi cəlb olunub.

Avtomobillər bir-birinə çırpılıb və bəziləri yoldan kənara çıxıb.

Miçiqan Ştat Polisi qəzalarda çoxsaylı xəsarət alanların olduğunu, lakin heç birinin "ölümcül" olmadığını bildirib.

OXŞAR XƏBƏRLƏR