Dünya Bankı (DB) Azərbaycanda yoxsulluq səviyyəsini müəyyənləşdirmək üçün qiymətləndirmə keçirəcək.
«APA-Economis»in məlumatına görə, bu barədə DB-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Leşşenko bildirib.
Onun sözlərinə görə, hazırda DB yalnız Azərbaycan Dövlət Statistika Komitəsinin təqdim etdiyi göstəricilərə əsaslanır. Lakin gələn il ərzində DB özünün qiymətləndirilməsinə start verəcək.
L.Leşşenko həmçinin bildirib ki, DB-nın yoxsulluğun səviyyəsini müəyyən edən göstəricilərə birbaşa çıxışı yoxdur və Bank 2014-cü ildə vəziyyəti araşdıracaq proqrama başlayacaq.
Qeyd edək ki, Azərbaycan hökumətinin hesablamalarına əsasən, hazırda ölkədə yoxsulluğun səviyyəsi 6% təşkil edir.