xari

Dünya Bankı COVID-19-la mübarizədə Azərbaycana yardım edəcək

İQTİSADİYYAT
15:08 05.03.2021
204
Dünya Bankı COVID-19 pandemiyasının Azərbaycanda yaratdığı təhlükələri aşkarlamaq, qarşısını almaq və ona cavab vermək üçün layihə hazırlayır.

Dünya Bankından verilən məlumata görə, layihə investisiya məqsədli deyil və analitik kömək məqsədi daşıması gözlənilir. "Azerbaijan COVID-19 Emergency Response Project" adlanan layihənin dəyəri 95 mln. ABŞ dolları göstərilir və bu məbləğin hamısı bankın öhdəliklərinə daxildir.

Xatırladaq ki, bundan başqa, Dünya Bankının hazırda ölkədə daha üç təsdiqlənməyən layihəsi hazırlıq mərhələsindədir. Bunlar bank tərəfindən 65 mln. dolların ayrılacağı "Regional əlaqələr və inkişaf" layihəsi (Salyan-Biləsuvar yolunun yaxşılaşdırılması), ölkədə dəmir yolları və yükdaşıma logistikasının təkmilləşdirilməsinə yönələn və bank tərəfindən 400 mln. dolların ayrılacağı "Azerbaijan Railways Logistics Modernization Program" layihəsi və 117 mln. dollar məbləğində olan (bank tərəfindən ayrılacaq indikativ məbləğ) ölkənin seçilmiş regionlarında tullantıların idarə olunması xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılmasına yönəlmiş "National Solid Waste Management Project" layihəsidir.

"Regional əlaqələr və inkişaf" ("Regional Connectivity and Development Project") layihəsinin may ayında təsdiqlənməsi gözlənilir.

Qeyd edək ki, hazırda Dünya Bankının Azərbaycandakı aktiv portfelinin həcmi 10 layihə üzrə 979,9 mln. ABŞ dolları təşkil edir. 2020-ci il ərzində Dünya Bankının Azərbaycanda 150 mln. dollar həcmində iki layihəsi təsdiq olunub. Bank Azərbaycana 5 mart tarixində ölkədə məşğulluğun dəstəklənməsi layihəsinə 100 mln. dollar, 26 mart tarixində isə "Məhkəmə xidmətləri və əqli infrastruktur" layihəsinə əlavə 50 mln. dollar həcmində kreditin verilməsini təsdiqləyib.

Ümumilikdə, 1992-ci ildən bəri, bank Azərbaycana 70-dən çox layihə üzrə 4 mlrd. dollardan çox vəsait ayırıb.
 
///APA-Economics

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:41 19.04.2021

Bu ölkədə maska rejimi ləğv edildi: İnsanlar çimərliyə axışdı - VİDEO

15:39 19.04.2021

“Azərenerji”nin prezidenti: “Suqovuşandakı SES-lər işə salınıb, test gedir”

15:37 19.04.2021

Prezident Bakıda Nizami parkının abadlaşdırılmasına 5 milyon manat ayırdı

15:23 19.04.2021

İki hissəyə bölünən stadionla bağlı nazirlik araşdırmaya başladı - VİDEO

15:21 19.04.2021

Mariya Zaxarova: "Rusiyaya qarşı aksiyaların arxasında ABŞ durur"

15:19 19.04.2021

Baba Rzayev: "Şuşaya çəkilən elektrik xətti açılışa hazırdır"

14:59 19.04.2021

Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi təsdiqləndi - SİYAHI

14:54 19.04.2021

Kraliça Elizabetin sirrli çantasında nələr var imiş?

14:43 19.04.2021

“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı

14:35 19.04.2021

Abel Məhərrəmov oğlunun geri çağırılmasından danışdı: "Yəqin ki, cənab Prezident oğlumu işsiz qoymaz"

14:33 19.04.2021

"Tottenham" Joze Mourinyonu qovdu

14:28 19.04.2021

Hadisədən Ebru Gündeşə sərt sözlər: "Heç kim namusumu ləkələyə bilməz"

14:26 19.04.2021

Hadrutda qənimət götürdükləri texnikaya Bakıda eksponat kimi baxdılar - FOTO

14:22 19.04.2021

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat etdi

13:58 19.04.2021

İspaniyadakı yeni səfirimiz kimdir? - DOSYE

13:45 19.04.2021

Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu dəfn olundu - FOTOLAR