Dünya Bankı Türkiyə iqtisadiyyatının ilin sonunda artımı ilə bağlı proqnozunu açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, beynəlxalq maliyyə qurumu ölkə iqtisadiyyatının 2021-ci ilin sonunda 8,5 % artacağını proqnozlaşdırıb.
Qeyd edək ki, Dünya Bankının iyun ayındakı hesabatında isə Türkiyə iqtisadiyyatının 5 % artacağına dair proqnoz əksini tapmışdı.