Ukraynanın bərpası üçün təxminən 500 milyard dollara ehtiyac olacaq, ölkənin yenidən qurulmasının tempi isə ötən ilki 4,8 faizdən 3,2 faizə qədər azalacaq.
Trend-in məlumatına görə, bu barədə Dünya Bankının proqnozunda bildirilib.
"Ukraynada yenidənqurma və bərpa xərcləri 486 milyard dollara yüksəldi", - deyə təşkilatdan bildirilib. Qeyd olunub ki, bu məbləğ 2021-ci ildə Ukrayna iqtisadiyyatının həcmindən demək olar ki, iki dəfə çoxdur.
Dünya Bankına görə, bərpa tempi zəif məhsul və işçi qüvvəsi çatışmazlığı səbəbindən yavaşlayacaq..