Dünya Bankından Rusiya üçün böhran proqnozu

DÜNYA
11:00 27.03.2014
908
Krımın birləşdirilməsi ilə bağlı diplomatik böhran davam edərsə Rusiyanın ümumi daxili məhsulu (ÜDM) bu il 1,8% azala bilər.AZXEBER.COM-un məlumatına görə, bunu Dünya Bankının (DB) ekspertləri ehtimal ediblər. DB ekspertlərinin hesabatında bildirilir ki, siyasi münaqişənin intensivləşməsi sərmayələri aşağı sala bilər və şirkətləri Rusiya bazarından çəkindirər.20-21 martda ABŞ və Avropa Birliyi “qara siyahıya” salınmış Rusiya deputatlarının, iş adamlarının və hökumət üzvlərinin sayını artırıblar. Vladimir Putinə yaxın olan bu adamların ABŞ və Avropa Birliyinə (AB) girişi qadağan edilir, onların ABŞ və AB-dəki hesabları və mülkiyyət hüquqları dondurulur.
OXŞAR XƏBƏRLƏR