Dünya Bankının nümayəndəsi Mərkəzi Bankda oldu

Dünya Bankının nümayəndəsi Mərkəzi Bankda oldu
16:51 26.02.2013
731
Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Keralinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Mərkəzi Bankın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə əsasən Dünya Bankının Azərbaycanda həyata keçirdiyi 2011-2014-cü illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası ətrafında müzakirələr aparılıb. Strategiyanın hazırlanmasında Azərbaycan tərəfinin fəal rol oynadığını vurğulayan Henri Kerali ötən 2 il üzrə aralıq hesabatının hazırlanacağını və növbəti 2 il üçün strategiyanın əsas priroritetlərinin müəyyən ediləcəyini bildirib.Bununla yanaşı görüşdə Azərbaycanda iqtisadi sabitliyin qorunub saxlanılması və inkişafın təmin olunması üçün həyata keçirilən tədbirlərin Dünya Bankı tərəfindən dəstəkləndiyi vurğulanıb.
OXŞAR XƏBƏRLƏR