Dünya bu ərəb qızdan danışır - VİDEO + FOTOLAR

DÜNYA
14:28 23.10.2014
6952
Avstraliyada yaşayan, əslən suriyalı olan bu qız indi dünyada məşhurdur. Onu məşhurlaşdıran isə YouTube-dakı videolarıdır.
AZXEBER.COM Daily Mail-ə istinadən bildirir ki, 27 yaşlı Məryəm Susli internetdə yaydığı videolarında Suriyanın mövcud hakimiyyətini dəstəkləyir, "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçuları ilə Qərbin ölkəsini darmadağın etməyə çalışdıqlarını vurğulayır.
Suriya prezidenti Bəşər Əsədi dəstəklədiyi üçün minlərlə insanın onu sosial şəbəkələrdə "Dəməşqdəki rejimin marionetkası" adlandırmasına, zahiri görünüşündən istifadə edərək populyarlıq qazanmağa çalışmasına etiraz edən Məryəm, sadəcə, ölkəsini düşündüyünü deyir.
Sosial şəbəkələrdə "Mimi əl Ləham" adı ilə qeydiyyatdan keçmiş Məryəm son videolarından birində söyləyib: "Mən Avstraliyada yaşayan suriyalı, Suriyanın problemlərindən qurtulmasını istəyən insanam. Mən sosial şəbəkələrdə mənə deyilən "suriyalı qız" yox, vətənpərvərəm. Suriya prezidenti Bəşər Əsədin "Əl Qaidə" terror təşkilatını dəstəklədiyi barədə iddialar ağ yalandır. Qərb Bəşəri devirmək, ordumuzu tərksilah etmək istəyir. Amma ordumuz tərksilah edilərsə, Bəşər Əsəd devrilərsə, faciələr başlanacaq".
1987-ci ildə Dəməşqdə doğulmuş Məryəmin ailəsi sonradan Avstraliyaya mühacirət edib.
"Suriyanın güclü, qüdrətli, sərhədləri toxunulmaz ölkə kimi qalmasını istəyirəm. Həqiqəti deyirəmsə, məni "Bəşər Əsədin marionetkası" adlandırmaq gərək deyil. Ölkədəki vətəndaş müharibəsini pisləyən, ABŞ-ın və Qərbin dəstəklədiyi terrorçulara, ekstremistlərə qarşı çıxan suriyalıların səsləri eşidilməlidir", - Avstraliyada Universitetdə təhsil alan Məryəmin sözlərinə görə, biofizika və biokimya üzrə yaxşı mütəxəssis olmaq istəyir.
OXŞAR XƏBƏRLƏR