Tayland kralı Bhumibol Adulyadej bu günlərdə özünün ad gününü qeyd edib. Ancaq dünya mətbuatında 84 yaşlı kralın ad günündən çox baş nazirin hərəkəti özünə yer tapıb. Ad günündə çəkilən fotoda nazir Yinqluk Şinavatra şahzadənin oturduğu stolun qarşısında yerdə uzanıb. Baş nazir bu yolla şahzadə Maha Çakri Sirindhorna hörmətini nümayiş etdirib.Fotolarda baş nazirin tamamilə yerdə uzandığı, ancaq başını qaldıraraq şahzadə ilə danışdığı görünür. Şahzadə də gülümsəyərək ona hörmət edən dövlət rəsmisi ilə söhbət edir.