Dünya bu günə kimi hələ belə yalan görməmişdi - VİDEO

DÜNYA
00:57 15.07.2014
7029

Koreya Xalq Demokratik Respublikasında (KXDR) telekanalalrdan birinin bu yaxınlarda verdiyi məlumat yəqin ki, həllə illərlə siyasi sistemləri və medianı öyrənən hər kəsə yalanın mümkün miqyasına dair nümunə olacaq.

Bu ölkədə telekanallardan biri efirə verdiyi məlumatda qeyd edir ki, guya Braziliyada futbol üzrə Dünya Çempionatında oynayan Şimali Koreya öz qrupunda Yaponiyanı 7:0, ABŞ-ı 4:0, Çin isə 2:0 hesabı ilə məğlub edib.

Hələ bu da hamısı deyil.

Göstərilən montaj video ilə iddia edilir ki, KXDR lideri Kim Kim Jong Un bu münasibətlə Braziliyaya səfər edib, orada azarkeşlər tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Reportajda bu yalanlar koreyalı futbolçuların hansısa oyununda çəkilmiş kadrlar, koreyalı azarkeşlərin sevincini gösərən videolarla “bəzədilib”. Həmin televiziya reportajını aşağıda izlə:

OXŞAR XƏBƏRLƏR