"Bütün dünya Ukraynanın yıxılacağını gözləyirdi, amma siz uğur qazandınız" - Bayden

"Bütün dünya Ukraynanın yıxılacağını gözləyirdi, amma siz uğur qazandınız" - Bayden
DÜNYA
15:45 20.02.2023
171
"Ukrayna bütün gözləntilərə qarşı müharibədə uğur qazandı. Bu müharibə Avropanın ən böyük silahlı qarşıdurmasına çevrildi".
 
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, bu sözləri Ukraynada səfərdə olan ABŞ prezidenti Co Bayden deyib:  
 
O daha sonra qeyd edib: "Bu Avropada baş verən ən böyük quru müharibəsidir. Və siz öz gözləntiləriniz istisna olmaqla, bütün gözləntilərin əksinə olaraq uğur qazandınız. Və əminəm ki, siz qalib gəlməyə davam edəcəksiniz".
 
Bayden deyib ki, Rusiya - Ukrayna müharibəsində demokratiya qalib gəlir. O bir il əvvəl Ukrayna prezidenti ilə söhbətini də xatırlayıb: 
 
"Bir il əvvəl biz telefonla danışanda sizdən soruşdum ki, "mən sizə necə kömək edə bilərəm?". O qaranlıq gecə bir il əvvəl idi. Dünya Kiyevin, hətta bütün Ukraynanın yıxılacağını gözləyirdi. Amma bir ildən sonra Kiyev ayağa qalxır. Ukrayna isə dayanır. Demokratiya dayanır. Amerika sizinlədir, dünya da sizinlədir”, 
 
Gülay
OXŞAR XƏBƏRLƏR