Dünya çempionatı: Azərbaycan cüdoçuları fərdi yarışları 3 medalla başa vurublar

Dünya çempionatı: Azərbaycan cüdoçuları fərdi yarışları 3 medalla başa vurublar
İDMAN
20:48 19.06.2025
330
Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatını mükafatsız başa vurub.

AZXEBER.COM  xəbər verir ki, 1/4 finalda gürcüstanlı Quram Tuşişviliyə məğlub olan təmsilçimiz təsəlliverici görüşdə çexiyalı Lukaş Krpalekə qalib gəlib.

Bürünc medal uğrunda qarşılaşmada tacikistanlı Temur Raximova uduzan Kokauri fəxri kürsüdən kənarda qalıb.

Qeyd edək ki, bununla da Azərbaycan millisinin üzvləri mundialın fərdi yarışlarını 3 bürünc medalla başa vurublar. Daha əvvəl cüdoçularımızdan Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar. Dünya çempionatına sabah baş tutacaq qarışıq komanda yarışı ilə yekun vurulacaq.
OXŞAR XƏBƏRLƏR