Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal qazanıb

Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal qazanıb
İDMAN
22:24 19.09.2025
202
Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir.

AZXEBER.COM xəbər verir ki, yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.

Azərbaycan təmsilçilərindən Eldəniz Əzizli (55 kiloqram) bürünc medal görüşündə qırğızıstanlı Ulan Uulu ilə qarşılaşıb. Rəqibinə elə ilk hissədə tam üstünlüklə (9:0) qalib gələn millimizin kapitanı dünya üçüncüsü olub. Beləliklə, karyerasında 7-ci dəfə böyüklər arasında fəxri kürsüyə qalxan (4 qızıl, 3 bürünc) Eldəniz bu göstəricidə Azərbaycan güləşinin yeni rekordçusu olub.
OXŞAR XƏBƏRLƏR