Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında finala yüksəlib.
55 kq-da çıxış edən idmançı yarımfinalda ermənistanlı Karapet Manvelyanla qarşılaşıb.
Quluzadə ilk hissədə hesabda geri düşsə də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişə bilib. Yekunda 2:1 hesablı qələbə qazanan Azərbaycan təmsilçisi adını həlledici qarşılaşmaya yazdırıb.