Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki,, H qrupunun II turunda İspaniya yığması Serbiya ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma serblərin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, qrupun digər görüşündə İsrai Qanaya 4:0 hesabı ilə qalib gəlib.