Dünya çempionatından 13 medalla qayıtdıq!

Dünya çempionatından 13 medalla qayıtdıq!
İDMAN
17:08 02.06.2022
425
Özbəkistanın paytaxtı Daşkənd şəhərinin Universal İdman Sarayında 26-30 May tarixləri arasında "Yeniyetmələr və böyüklər arasında Həvəskar Universal Döyüş üzrə Özbəkistan Dünya Çempionatı” keçirilib.

AZXEBER.COM xəbər verir ki, çempionat Özbəkistan Respublikasının İdman İnkişafı Nazirliyi (Ministry of Sports Development of the Republic of Uzbekistan), Beynəlxalq Həvəskar Universal Döyüş Federasiyası (Federation International Amateur Unifight) və Özbəkistan Universal Döyüş Federasiyasının (Federation Unifight of Uzbekistan) dəstəyi ilə baş tutub.

Dünyanın 50-dən artıq ölkəsindən 700-dən çox idmançının qatıldığı çempionatda ölkəmizi Azərbaycan Universal Döyüş Federasiyası 23 idmançı ilə təmsil edib. Azərbaycan yığmasının çempionatdakı iştirakı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub. Yarımfinal və final mərhələlərinə qalan idmançılarımız qızıl, gümüş, bürünc medal və diplomlarla təltif olunublar.

Həmçinin, çempionat çərçivəsində ilk dəfə olaraq peşəkarlar arasında dünya kəməri uğrunda döyüş keçirilib. Döyüşün qalibi universal döyüş üzrə beşqat dünya, altıqat Avropa çempionu, Dünya Oyunlarının qalibi, Asiya kəmərinin sahibi və dünya kubokunun qalibi Azərbaycan idmançısı Nicat Əliyev olub. Ümumi nəticələr isə belədir:

YENİYETMƏLƏR:

Quliyev İldırım (45 kq) III yer
Kərimov Sadiq (50 kq) III yer
Babazadə Adnan (55 kq) III yer
GƏNCLƏR:

Səfərzadə Zahid (75 kq) I yer
İsgəndərzadə Kənan (85 kq) II yer
KİŞİLƏR:

İsmayılov Rasim (55 kq) I yer
Hüseynov Mehman (95 kq) II yer
Şükürov Orxan (85 kq) III yer
Məmmədov Ağani (85 kq) III yer
Niftəliyev Tofiq (90 kq) III yer
Sadiqov Elçin (95 kq) III yer
Səlimli Asif (95 kq) III yer
DÜNYA KƏMƏRİ UĞRUNDA DÖYÜŞ:

Əliyev Nicat (85 kq) Dünya kəmərinin sahibi
Azərbaycanda həvəskar universal döyüş növünə maraq getdikcə artır. Bu istiqamətdə Azərbaycan Universal Döyüş Federasiyasının fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Bildirilir ki, Federasiyanın prezidenti, SSRİ İdman ustası, Əməkdar məşqçi, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Azər Həsənovun səyləri nəticəsində son vaxtlar ölkəmizdə universal döyüş növü ilə məşğul olan idmançıların peşəkarlıq səviyyəsi də yüksəlib.
 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İngiltərəli futbol hakimi 2026-cı ilin yayına qədər diskvalifikasiya olunub
20:10 28.02.2025
İngiltərəli futbol hakimi 2026-cı ilin yayına qədər diskvalifikasiya olunub
HAMAS İsraillə razılaşmanın növbəti mərhələsinə keçməyə hazırdır
19:55 28.02.2025
HAMAS İsraillə razılaşmanın növbəti mərhələsinə keçməyə hazırdır
“Turkmenistan Airlines” Moskvaya uçuşların dayandırılmasını martın sonuna qədər uzadıb
19:42 28.02.2025
“Turkmenistan Airlines” Moskvaya uçuşların dayandırılmasını martın sonuna qədər uzadıb
"Barselona" İspaniya klubunun qapıçısı ilə maraqlanır
19:31 28.02.2025
"Barselona" İspaniya klubunun qapıçısı ilə maraqlanır
Mask: Vens ABŞ-nin növbəti prezidenti ola bilər
19:18 28.02.2025
Mask: Vens ABŞ-nin növbəti prezidenti ola bilər
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
19:09 28.02.2025
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
18:56 28.02.2025
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
18:46 28.02.2025
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
18:33 28.02.2025
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
18:13 28.02.2025
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
Fazil Qasımova 10 il həbs cəzası istənilib
18:01 28.02.2025
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
17:47 28.02.2025
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
17:33 28.02.2025
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
17:30 28.02.2025
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
17:20 28.02.2025
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
17:18 28.02.2025
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib