Dünya çempionatından qayıdan afrikalı futbolçu ÖLDÜ

Dünya çempionatından qayıdan afrikalı futbolçu ÖLDÜ
İDMAN
17:20 11.07.2026
232
CAR yığmasının və "Mamelodi Sandauns" klubunun yarımmüdafiəçisi Ceyden Adams 25 yaşında həyatını itirib.

AZXEBER.COM xəbər verir ki, bu məlumatı "Soccer Laduma" portalı yayımlayıb.

Ölümün səbəbləri barədə məlumat verilmir.

Adams 2025-ci ildən "Mamelodi Sandauns" klubunda oynayırdı və komandanın heyətində 27 matçda 4 qolun müəllifi olub. Buna qədər o, beş il ərzində Cənubi Afrikanın "Stellenbos" komandasında çıxış edib. 2025/26-cı illər mövsümündə futbolçu Afrika Çempionlar Liqasının qalibi olub.

Adams CAR yığmasının heyətində 9 oyun keçirib və 1 qol vurub. Yarımmüdafiəçi 2026-cı il dünya çempionatının qrup mərhələsinin bütün (üç) matçlarında meydana çıxıb.
OXŞAR XƏBƏRLƏR