Dünya Çempionatının bağlanışını Faiq Ağayev etdi

Dünya Çempionatının bağlanışını Faiq Ağayev etdi
MAQAZİN
14:30 02.06.2025
371
Bakıda minifutbol üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib. 

AZXEBER.COM xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə özəl qonaq Xalq artisti Faiq Ağayev çıxış edib. 

Meqastar səhnəyə öz peşəkar rəqqas qrupları ilə çıxaraq izləyicilərə əsl musiqi və şou ziyafəti yaşadıb.
 
Çıxışı zamanı Xalq artisti "Gəl, gözəlim” , "Gül” və "Azərbaycan” hitlərini səsləndirib.

Qeyd edək ki, 32 ölkənin iştirak etdiyi bu mötəbər turnir hər ölkənin idman kanalında canlı yayımlanıb.
 
Aysel


OXŞAR XƏBƏRLƏR