Dünya çempionatının finalında Nusretin meydana enməsi ingilisləri əsəbiləşdirdi – FOTO

Dünya çempionatının finalında Nusretin meydana enməsi ingilisləri əsəbiləşdirdi – FOTO
DÜNYA
00:03 22.12.2022
1393

Dünya çempionatının final matçından sonra meydana daxil olaraq kubok və argentinalı futbolçularla şəkil çəkdirən Nusret Gökçe sosial medianın gündəmini zəbt edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, son günlər İngiltərə mətbuatında da əks-səda doğuran Nusret tənqid hədəfinə çevrilib.

Dünya çempionatına yalnız dövlət adamlarının və oyunçuların toxuna bildiyi bir təşkilatda Nusretin olmaması lazım olduğunu bildirən İngiltərə mətbuatı FİFA prezidenti Canni İnfantinonu da tənqid edib.

Oyunun mahiyyətindən uzaqlaşaraq, pul olan yerdə hər cür şeyə icazə verməkdə günahlandırılan İnfantino "Pul üçün hər şeyi satdı" kimi şərh edilib.

Ayşən

 

 

OXŞAR XƏBƏRLƏR