Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirləndirilən dünya və Avropa çempionu Fikrət Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb. Prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
Proses noyabrın 18-nə təyin edilib.