Dünya çempionumuz Açıq Avropa Çempionatında gümüş medal qazandı
İDMAN
16:21 02.08.2013
1773
"Çoxmübarizəli İdman Döyüş Növləri" üzrə iki qat dünya çempionu Vüsal Abdullazadə "Hövsan Olimpiya Kopleksində Beynəlxalaq Kempo Karate və Kobudo Növləri üzrə keçirilən Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş Açıq Avropa Çempionatında və Avropa kəməri (kişilər arasında, 60-65-75 kq çəki dərəcələrində üç ədəd Avropa Kəməri ) uğurunda mübarizədə bütün rəqiblərini məğlub edərək yalnız finalda Rusiya idmançısı (Dağıstan) Xamad Muradova məğlub olaraq gümüş medala, kata üzrə yarışmada isə 11 idmançı arasında bürünc medala layiq görülüb..AZXEBER.COM-un məlumatına görə, idmançımız 10-16 aprel tarixləri Arasında Ukraynada keçirilən Dünya çempionatında qızıl medal qazanıb.Çoxmübarizəli İdman Döyüş Növləri üzrə yığma komandamız Oktyabr ayında Polşanın Mikolov şəhərində keçiriləcək "Çoxmübarizəli İdman və Kong Sao" döyüş növləri üzrə keçriləcək Avopa çempionatına hazırlaşırlar.