Dünya derbisi başlayır: “Qalatasaray” yoxsa “Fənərbaxça”

İDMAN
20:54 07.12.2011
1777
Bu gün Türkiyə çempionatında dünyanın ən böyük derbilərindən biri hesab edilən “Qalatasaray” – “Fənərbaxça” qarşılaşması baş tutacaq.Komandalar öz aralarında 368-ci görüşə çıxacaq. Əzəli rəqiblərin 1909-cu ildə keçirilən ilk qarşılaşmasında “cim-bom” 2:0 hesabı ilə qələbə qazanıb. Ümumi statistikaya görə, “Fənər” derbidə daha üstündür. İndiyədək 140 dəfə “sarı-qırmızılılar”ı məğlub edən “bülbüllər” bunun müqabilində 116 dəfə rəqibinə yenilib. 111 oyun heç-heçə başa çatıb. Komandaların bugünkü oyuna aşağıdakı heyətlərlə çıxacağı gözlənilir: “Qalatasaray”: Muslera, Hakan Balta, Uyfaluşi, Semih Kaya, Emanuel Ebu, Melo, Selçuk İnan, Ayhan Akman, Kazım Kazım, Riera, Elmander. “Fənərbaxça”: Volkan, Zigler, Yobo, Bilika, Gökhan Gönül, Emre, Kristian, Caner, Özer, Aleks, Bienvenu.

OXŞAR XƏBƏRLƏR