Dünya əhalisi 7 milyard oldu

MARAQLI
11:22 31.10.2011
1619
Yer kürəsində insanların sayı dünən 7 milyarda çatdı. Planetimizin 7 milyardıncı sakini Filippində doğulub.
Birləşmiş Millətlər Təşkilatının (BMT) ekspertlərinin dediklərinə görə, Filippinin yeni vətəndaşı Danika Mey Kamaço rəsmən dünyanın 7 milyardıncı sakini sayılıb.Milli.Az xəbər portalı CNN-ə istinadən bildirir ki, körpə qızın atası Florante və anası Kamilla övladlarının dünyaya gəlməsi ilə bahəm, onun Yerin 7-ci milyardıncı sakini olmasına həddən ziyadə sevinirlər.Qürurlu ata Florante Qaluranın dediyinə görə, özünü dünyanın ən bəxtəvər insanı hesab edir.Danika Mey oktyabrın 30-da, gecə saat 23.58-də Filippinin paytaxtı Maniladakı "Jose Fabella Hospital" dövlət xəstəxanasında doğulub.Danika dünyaya gələndən az sonra jurnalistlərə məlumat verilib ki, dünyanın 7 milyardıncı sakini doğulub."Balam çox gözəldir. İnana bilmirəm ki, qızhım dünyanın 7 milyardıncı sakinidir", - Kamilla Dalura deyib.Bir qədər sonra isə BMT-ninin Filippindəki rəsmi nümayəndəliyinin əməkdaşları Danikanın valideynlərinə üzərində "7 milyardıncı filippinlidir" yazılmış tort təqdim ediblər.Valideynlərə başqa hədiyyələr də verilib.Belə ki, yerli xeyriyyə təşkilatları və iş adamları balaca Danikanın təhsil xərclərinin tamamilə ödənməsi üçün fond yaradıblar. Eyni zamanda, körpə qızın atasına kiçik biznesə başlamaq üçün güzəştli kredit və ilkin kapital da verilib.Xatırladaq ki, 1999-cu ildə Filippində anadan olmuş Lorris Mey Gevarra dünyanın 6 milyardıncı sakinim sayılmışdı.Filippinin səhiyyə naziri Enrike Onanın dediyinə görə, Danikanın anadan olması eyni zamanda onune ölkəsini əhalinin ən sürətlə artdığı dövlətlər sırasına qatıb.Hazırda Filippin 94,9 milyon nəfərlik əhali ilə dünyada 12-ci yeri tutur.BMT-nin UNFPA təşkilatının ekspertlərinin hesablamalarına görə, Filippin dünyanın "ən gənc" əhalisinə malik dövlətlərindən biridir. Bu dövlətdə vətəndaşların 54 faizinin yaşı 25-dən artıq deyil.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA

14:18 13.02.2025

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

14:04 13.02.2025

Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar

14:01 13.02.2025

“Sputnik Azərbaycan” və "BBC Azerbaycanca" ilə bağlı qərar verildi

13:54 13.02.2025

Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR

13:43 13.02.2025

Əsgərlikdən yeni gələn gənc faciəvi şəkildə öldü - FOTO

13:42 13.02.2025

"Qanun nəyi tələb edəcəksə, o da olacaq" - Zaurdan məhkəmə xəbərinə reaksiya

13:32 13.02.2025

Bakıda mənzil qiymətləri niyə bahalaşıb? - Ekspertlər artımın səbəbini izah edir

13:31 13.02.2025

PKK şübhəlisi Yunanıstana qaçarkən tutuldu

13:21 13.02.2025

Bakıda mənzil qiymətləri niyə "əl yandırır"? - Evlərin qiyməti ucuzlaşmayacaq - AÇIQLAMA

13:11 13.02.2025

Elza Seyidcahan Zaur Nəbioğlunu məhkəməyə verdi - AÇIQLAMA