Dünya elmində yeni ixtiraya imza atan azərbaycanlı gənc: ‘Ağıllı velosiped dayanacağı yaratmışam’

Dünya elmində yeni ixtiraya imza atan azərbaycanlı gənc: ‘Ağıllı velosiped dayanacağı yaratmışam’
18:33 07.03.2014
5077

Litvada təhsil alan azərbaycanlı tələbə: “Ağıllı velosiped dayanacağı konsepsiyası yaratmışam”

Cəlal Cümşüd oğlu Hacıyev 1987-ci ildə Bakı şəhərində anadan olub. Hazırda Litvanın Kaunas Texnoloji Universitetində Sənaye mühəndisliyi və Menecmentlik ixtisası üzrə magistr təhsilini davam etdirir. Orta təhsilini 274 saylı məktəbdə alan C.Hacıyev 2006-cı ildə Azərbaycan Texniki Universitetinin Yeni materiallar texnologiyası fakültəsinə daxil olaraq oranı bitirib. Bir müddət Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində aparıcı mütəxəssis vəzifəsində çalışdıqdan sonra “Gilan Holding”də hazırda Litvada oxuduğu ixtisas üzrə Təchizat və təsərrüfat şöbəsinin müdiri işləyib.

Cəlal Hacıyev yeni ixtirası ilə bağlı AZXEBER.COM-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Avropada bir çox ölkələr var. Təhsilinizi davam etdirmək üçün niyə məhz Litvanı seçdiniz?

- Əslində bunun bir sıra səbəbləri var, amma daha çox marağımı çəkən əsas səbəb budur ki, 2009-cu ildə Hollandiyanın Eyndhoven şəhərində keçirilən Avropa Gənclər Həftəsində mən də iştirak edirdim. Orada Litva universitetlərində oxuyan tələbələrlə tanış oldum. Daha sonra 2013-cü ildə Bakıda keçirilən beynəlxalq təhsil sərgisində Kaunas Universitetinin tələbələrinin hazırladığı stend daha çox diqqətimi çəkdi. O sərgidə mən də iştirak etdim, baxdım, bəyəndim. Və beləcə, qərara gəldim ki, dövlət proqramı vasitəsilə təhsil almaq üçün addım atım. İndi də arzuladığım istiqamətdə təhsilimi davam etdirirəm

- Magistr təhsilindən öncə Litvada olmuşdunuzmu, yoxsa ilk dəfə idi?

- İlk dəfə idi. Buna baxmayaraq, şəhər və insanları haqqında təəssüratlarım çox müsbət idi. Burada insan özünü həddindən artıq rahat və sərbəst hiss edir.

- Yəqin ki, başqa tələbələr kimi, sizin də çətinlikləriniz oldu. Bu, daha çox nə ilə bağlı oldu? Məişətdə, təhsildə, yoxsa ümumiyyətlə mühitə uyğunlaşma prosesində?

- Her bir telebenin yeni shehere gederken məişətlə , ev tapmaq və yataqxana ilə bağlı problemlərim olur. Bu da mənə elə gəlir ki, hər bir tələbənin ilk vaxtlarda yaşadığı şirin problemlərdir. Bunların da öhdəsindən gelmek mumkundur.

- Azərbaycanın Litvadakı səfirliyinin tələbələrə nə kimi köməkliklər göstərir?

- Azərbaycanın Litvadakı səfirliyi Avropadakı ən fəal səfirliklərdən, diplomatik nümayəndəliklərdən biridir. Səfir Həsən Məmmədzadə tələbələrimizə daima öz qayğısını göstərir. Biz bayramlarda, anım günlərində, qeyd olunması zəruri olan bütün günlərdə tələbələrlə birgə toplaşıb qeyd edirik.O cümlədən ölkəmiz haqqında zəruri təbliğat və marifləndirmə istiqamətində Litvalı tələbələr və məktəblilərlə birlikdə görüşlər keçirilir.

- Bakalavr təhsilindən sonra iş karyerasını müəyyən qədər qurmuş sayılırdınız. Amma işinizi atıb getdiniz. Bu, təhsilə olan maraqdan irəli gəlirdi, yoxsa məqsəd vardı və o məqsədə çatmaq lazım idi?

- Bilirsiniz, mən, ümumiyyətlə, çalışqan bir insan olmuşam, həmişə öz işimə bağlı olmuşam, işimi sevmişəm. Sadəcə, hər bir gənc özünü bir necə il sonra daha yüksək yerdə görmək istəyir, eləcə də mən. Məqsədim həmişə yaxşı mütəxəssis, yaxşı idarəçi, yaxşı menecer olmaq olub. İşlədiyim vaxtda da də fikirləşirdim ki, istəyimi artıq konkretləşdirməliyəm və beləcə qərar verdim.

- Dövlət hesabına təhsil alırsınız, yoxsa öz hesabınıza?

- “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qalibi olmuşam. Dövlət təqaüdü ilə təhsil alıram.

- Təhsilinizin bitməsinə təqribən 1 il yarım var. Necə düşünürsünüz - 5 il sonra bu sahədə uğur qazanmaq sizin üçün çətin olmayacaq ki? Ümumiyyətlə, 5 il sonra özünüzü harda görürsünüz?

- Hələ ki bu suala cavab verməkdə çətinlik çəkərəm. Lakin özümü qismən Azərbaycanda bir neçə uğura imza atmış menecerlərdən biri kimi görürəm - Litvada təhsil alan azərbaycanlı tələbələrə münasibətlər necədir?

- Litva ümumilikdə öz universitetlərində verdiyi təhsillə Avropada fərqlənir. Yaşadığımız və təhsil aldığımız Kaunas şəhəri də öz universitetləri ilə sayılıb seçilir. Demək olar ki, şəhər tələbə şəhəridir. Mənim təhsil aldığım qrupda Litvadan,Ispaniyadan,Polsadan,Hindistandan ve Fransadan tələbəler var. Həmin binada və həmin ixtisasda təhsil alan yeganə azərbaycanlı mənəm.Litvali tələbələr çox qayğıkeş, azərbaycanlı tələbələrə, eləcə də digər əcnəbi tələbələrə qarşı həddindən çox diqqətli və tolerantdırlar.

- Təhsil aldığınız müddətdə hədəfə doğru hansısa nailiyyətiniz olubmu?

- Mən magistr təhsili alıram və hər bir imtahanı verən zaman bizdən individual reportlar, elmi işlər tələb olunur və bu yazıları yazarkən nəsə yaratmaq mütləqdir. Adətən, bu yazıları təhvil verdikdən sonra qiymətləndirilərkən tələbə özünü müəyyən işlərə qadir hiss edir.Misal üçün Marketing fənnindən her dərs ,dünya bazarı üçün hansısa bir vasitə,avadanlıq və ya konsepsiya düşünüb prezentasiya şəklində tələbələrə ve professora teqdimat olunmalıdır.Bu hal menecmentlik biliklərini daha da artirir. Açığı, hələ özümü hazır hesab etmirəm. Lakin ölkəmizə qayıdarkən bir sıra planlarım var. Yeniliklərimlə vətənə dönmək niyyətindəyəm. O yeniliklərdən biri də produksiya inkişafı sahəsində “Ağıllı velosiped dayanacağı” konsepsiyasıdır. Konsepsiyam Litvada Kaunas Texniki Universiteti tərəfindən təsdiqlənib, qəbul olunub. Çox geniş məlumat vermək istəməzdim, inşallah, bu layihəni özümlə Bakıya gətirəcəyəm. Çalışacağam ki, müxtəlif qurumların köməyi ilə bu layihəni Azərbaycanda da həyata keçirim. Bundan əlavə, smartfon vasitəsilə insan resursundan istifadə etmədən velosiped kirayələmək, istifadə etmək, istənilən nöqtədə təhvil vermək haqqında layihəmi də çalışacağam ki, özümlə vətənə gətirim. Bu cür bir neçə layihə ilə ölkəmizə qayıtmaq niyyətindəyəm.

- Təhsildən sonra həyata keçirmək niyyətində olduğunuz hansı planlarınız var?

- Azərbaycan öz iqtisadiyyatı ilə hazırda həm Şərqin, həm də Avropanın qabaqcıl dövlətlərindən biridir. Möhtərəm prezidentimizin iqtisadiyyata ve sənayeyə ayırdığı xüsusi qayğıni həmçinin bu ilin Prezidentimiz tərəfindən Sənaye ili kimi elan olunmasını nəzərdə tutaraq deyirəm ki, ölkəmizdə sənaye parklarının yaradılmasına ehtiyac olduğundan buna xususi digget ayrilmishdir.Sənayenin inkişafı, ölkəmizdə işsizlik probleminin minimuma endirilməsi yollarından başlıcasıdır. Sənayenin sürətli inkişafına güclü, təhsilli mütəxəssislər tələb olunur. Litvada və digər ölkələrdə təhsil təhsil alan digər magistrant və doktorant tələbələrin də adından deyə bilərəm ki, ölkəmizə qayıdıb, mütləq öz missiyamızı yerinə yetirəcəyik, Azərbaycanda sənaye parklarını yaradacağıq və ölkəmizin, cənab prezident İlham Əliyevin bizə ayırdığı diqqəti aldığımız keyfiyyətli təhsillə dəyərləndirəcəyik.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR