Dünya Çempionatı ilə vidalaşan Ronaldodan kədərli paylaşım: Ən böyük arzum...

İDMAN
20:35 11.12.2022
721
Dünya Kuboku arzusu ilə vidalaşmalı olan Kriştiano Ronaldo sosial media hesabında paylaşım edib.

AZXEBER.COM xəbər verir ki, Portuqaliya millisinin lideri Kriştiano Ronaldo sosial şəbəkə hesabında təsirli paylaşım edib.

Futbolçu bildirib ki, onun ən böyük arzusu Portuqaliya üçün Dünya Kubokunu qazanmaq olub:

"Portuqaliya ilə də daxil olmaqla beynəlxalq arenada çoxlu kuboklar qazandım, lakin qələbəmi dünyada ən yüksək səviyyəyə çatdırmaq ən böyük arzum idi. Bunun üçün mübarizə apardım. Təəssüf ki, dünən yuxu bitdi. Hər kəsin bilməsini istəyirəm ki, mənim Portuqaliyaya olan bağlılığım bir an olsun belə dəyişməyib. Hər zaman ümumi məqsədlər uğrunda mübarizə aparan biri olmuşam və komanda yoldaşlarıma, ölkəmə heç vaxt arxa çevirməmişəm. Hələlik deyiləcək çox şey yoxdur. Təşəkkürlər, Portuqaliya! Təşəkkürlər, Qətər! Zaman bizim ən böyük bələdçimiz olacaq və hər kəs öz dərsini alacaq”, - deyə Ronaldo bildirib.
OXŞAR XƏBƏRLƏR