19:01 şənbə, 21 Sentyabr 2019
İDMAN

Rüstəm finalda uduzdu, Hidayət bürünc medala sahib çıxdı - Dünya çempionatında

16:30, 27.08.20192426
Rüstəm finalda uduzdu, Hidayət bürünc medala sahib çıxdı - Dünya çempionatında

Azərbaycan cüdoçusu Rüstəm Orucov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında final görüşünə çıxıb.

AZXEBER.COM-un məlumatına görə, 73 kq çəkidə çıxış edən 27 yaşlı idmançı  finalda Ono Syoxeylə (Yaponiya) qarşılaşıb və rəqibinə ipponla uduzub. Beləliklə, R.Orucov gümüş medalla kifayətlənib.

Eyni çəkidə çıxış edən idmançımız Hidayət Heydərov isə bürünc medal qazanıb. O, rəqibi Somon Mahmadbekovu (Tacikistan) əlavə vaxtda məğlub edib.

Xatırladaq ki, Orucovla Heydərov yarımfinalda bir-birlərinə rəqib olmuş və Rüstəm qalib gələrək finala yüksəlmişdi.

Qeyd edək ki, ilk iki yarış günüdə mübarizə aparan Azərbaycan cüdoçuları - Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Larisa Aleksandra Florian (hər ikisi 52kq) medal qazana bilməyiblər.

XƏBƏR LENTİ